26.12.2018 0

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakıda 17 -ci nəqliyyat, tranzit və logistika və 8 -ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

“Report” xəbər verir ki, mətbuat konfransında Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək sərginin ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini bildirib ki, sərgilər nəqliyyat sahəsində görülən işləri beynəlxalq arenada nümayiş etdirmək üçün vacibdir: “Nəqliyyat prioritet istiqamətlərdən biridir. Ölkənin nəqliyyat infrastrukturunun yenidən qurulması, ölkənin bölgə üçün logistik bir məkana çevrilməsi üçün işlər aparılır. Həmin işlər strateji əhəmiyyət daşıyır”.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti bölgə üçün əhəmiyyətə malikdir. “Sözügedən marşrut quru yolu vasitəsilə yüklərin və sərnişinlərin daşınmasında ən qısa yoldur. Belə bir imkanın yaradılması Azərbaycanın iqtisadi potensialının inkişafına səbəb olur. Şimal Cənub layihəsi isə böyük bir məkanı əhatə edir. Azərbaycan layihədə mühüm rol oynayır”,- E.Vəlizadə bildirib.

Читайте также:  Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

O əlavə edib ki, bu ilin əvvəlində Azərbaycan rəsmiləri Türkmənistanda limanın açılışında iştirak ediblər: “Həmin liman Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə yüklərin daşınması üçün imkanlar yaradır”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev bildirib ki, agentlik sərgidə fəal iştirak edəcək: “Məqsədimiz daxili nəqliyyatda inkişafa nail olmaqdır. Bununla bağlı sərgidə bir sıra layihələr təqdim ediləcək. Onlardan biri yol hərəkətinin təşkili ilə bağlıdır. Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili ilə bağlı bir sıra layihələrə başlayacaq. Sərgidə təqdim edəcəyimiz layihələrdən biri də panduslardır”.

M.Ağayev əlavə edib ki, piyadaların təhlükəsizliyi üçün tumbaların quraşdırılması davam edəcək.

Xatırladaq ki, iyunun 11-13 -də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək. Sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.

Читайте также:  Raket və Artilleriya Qoşunlarının silah və hərbi texnikası atəş mövqelərinə çıxarılıb - VİDEO

Sərgi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Azərbaycan, Avstriya, Belarus Respublikası, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan, və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Bu il Türkmənbaşı Beynəlxalq Dəniz Limanı sərgidə debüt edəcək.

Читайте также:  MDB ölkələri hərbi təyinatlı peyk rabitəsi haqqında saziş imzalayıb

Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

“TransCaspian/Translogistica” sərgisi ilə eyni platformada daha iki sərgi: 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2018” sərgiləri keçiriləcək.

17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica” sərgisi nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşmək, eləcə də nəqliyyat texnologiyalarının inkişafını nümayiş etdirməklə yanaşı, dövlət tərəfindən hazırlanan perspektivli infrastruktur layihələri ilə tanış olmaq və yeni satış kanalları tapmaq üçün əlverişli şərait yaradır.