Categories:

KİV: Rusiya Suriyaya “S-300” komplekslərini təmənnasız verəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiya yaxın zamanlarda “S-300” tipli “Favorit” Zenit-Raket Komplekslərinin Suriyaya təmənnasız göndərilməsinə başlaya bilər.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

Hərbi-texniki əməkdaşlıq sahəsindəki diplomatik mənbələr qeyd edir ki, əsasən siyasi müstəvidə qalan komplekslərin tədarükü məsələsi demək olar həll edilib.

Qeyd olunur ki, bu tip yeni sistemlərin alınması üçün suriyalıların pulu yoxdur, kredit xətti ayrılması isə Rusiyanın planlarına daxil deyil.

Mənbələrin məlumatına görə, Suriyada qısa müddətdə “Favorit”lərin əsasında Suriya Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yaradılması planlaşdırılır. HHMS Dəməşqin və aviasiya texnikasının yerləşdiyi ərazinin bombardmandan qorunması üçün hazırlanacaq.

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago