26.12.2018 0

Bakı. 17 avqust. REPORT.AZ/ Kanadanın Albert əyalətinin Edmonton şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü CTV telekanalı məlumat yayıb.

“Cessna 172” tipli təyyarə hələ avqustun 12-də Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.

Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.

Читайте также:  Azərbaycan ordusu genişmiqyaslı təlimlər keçirəcək