26.12.2018 0

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının şimalında avtomobil yoluna yüngül mühərrikli təyyarə məcburi eniş edib.

“Report” xəbər verir ki, bu barədə “The Mercury News” nəşri məlumat yayıb.

Hadisə Morqan Hill şəhəri yaxınlığında 101 saylı yolda qeydə alınıb. Təyyarədə yalnız pilot olub və o, xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiya Federal Agentliyi qəza enişinə səbəb kimi mühərrikin imtina etməsini göstərib.

Читайте также:  Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb