26.12.2018 0

Bakı. 11may. REPORT.AZ/ İndoneziya hakimiyyəti Yava adasında Merapi vulkanının püskürməsi nəticəsində bölgəyə yaxın 5 km radiusda təxliyə elan edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yerli sakinlər vulkan püskürməsinin küllə müşayiət olunduğunu, zəif yeraltı təkan hiss etdiklərini bildiriblər.

“Air Nav” Dövlət Aviasiya şirkəti “Cokyakart” hava limanının müvəqqəti olaraq bağlanıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırllması milli agentliyinin nümayəndəsi Sotopo Purvo Nuqroxo sakinləri təmkinli olmağa çağırıb.

Vulkan Cokyakarta və Mərkəzi Yava əyalətirinin əhalisinə ziyan vura bilər. Xəsarət alanlar və təbii hasiə nəticəsində dəyən ziyan barəsində rəsmi açıqlama verilməyib.

Merapi İndoneziyada fəaliyyətdə olan ən aktiv vulkandır. Bu vulkan Yava adasında yerləşib. O, 7 ildən bir güclü, ildə iki dəfə isə zəif püskürür. 

Читайте также:  1-ci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb