26.12.2018 0

Bakı. 20 dekabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatları açıqlayıb.

Mərkəzdən “Report”a verilən məlumata görə, imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə etmişdir. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.

Ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Читайте также:  XİN: Ermənistanın işğal olunmuş ərazilərdə keçirəcəyi təlimlər danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür

Təhsil müəssisəsini adı TQDK-nın əmri ilə qəbul olanların sayı Dövlət qulluğuna imtahandan uğurla keçənlərin sayı Faizlə (%)

Azərbaycan Dövlət İqtisad Universiteti 538 251 46.7

Bakı Dövlət Universiteti 521 230 44.1

Azərbaycan Dövlət Aqrar Universiteti 163 43 26.4

Gəncə Dövlət Universiteti 134 53 39.6

Azərbaycan Dövlət Pedaqoji Universiteti 112 37 33.0

Azərbaycan Texniki Universiteti 101 30 29.7

Azərbaycan Dillər Universiteti 88 32 36.4

Azərbaycan Kooperasiya Universiteti 85 19 22.4

Azərbaycan Memarlıq və İnşaat Universiteti 83 24 28.9

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 82 33 40.2

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 78 48 61.5

Sumqayıt Dövlət Universiteti 73 25 34.2

Читайте также:  AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Mingəçevir Dövlət Universiteti 73 8 11.0

Lənkəran Dövlət Universiteti 49 11 22.4

Azərbaycan Texnologiya Universiteti 48 6 12.5

Azərbaycan Universiteti 45 9 20.0

Bakı Slavyan Universiteti 39 11 28.2

Qafqaz Universiteti (fəaliyyəti dayandırılıb) 32 11 34.4

Naxçıvan Dövlət Universiteti 32 8 25.0

Bakı Biznes Universiteti 28 10 35.7

Azərbaycan Turizm və Menecment Universiteti 26 10 38.5

Milli Aviasiya Akademiyası 25 8 32.0

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 25 4 16.0

Qərb Universiteti 24 5 20.8

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 22 4 18.2

Odlar Yurdu Universiteti 21 3 14.3

Xəzər Universiteti 20 6 30.0

Elm və təhsil Mərkəzi “Təfəkkür” Universiteti 11 2 18.2

Məzunlarının sayı 10 nəfərdən az olan ali təhsil müəssisələri 128 25 19.5

Читайте также:  Banqladeşdə iki döyüş təlim təyyarəsi toqquşub

Yekun: 2706 966 35.7

Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir. Ona görə də onlar haqqında ümumi məlumatları ayrıca təqdim edirik.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 37-dir (21-i fəaliyyətini dayandırıb). Bu ali təhsil müəssisələrinin 128 məzunu imtahanda iştirak etmiş və onlardan yalnız 25 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 2.6%-ni təşkil edir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə ümumilikdə 22-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 15 nəfər (o cümlədən 11 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.