26.12.2018 0

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı buxtası üzərində uçuşlar keçirib.

“Report”un məlumatına görə, hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portretini daşıyıblar.

Uçuşlar əsasən paradın keçiriləcəyi “Azadlıq” meydanının üzərindən olub. Hərbi təyyarələr paradda nümayiş etdiriləcək mürəkkəb aviaşouları yerinə yetiriblər.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

Читайте также:  DİN yeni şəxsiyyət vəsiqələrinin verilməsində problemlərin yaranması barədə iddialara cavab verib