26.12.2018 0

Bakı. 19 yanvar. REPORT.AZ/ Ermənistanda Rusiya vətəndaşı saxlanılıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Moskva-Gümrü aviareysi zamanı təyyarədə qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Dmitri N. dava-dalaş salmaqda şübhəli bilinərək Ermənistanın Gümrü şəhərindəki Şirak Hava Limanında tutulub. Buna səbəb sərxoş vəziyyətdə olan Rusiya vətəndaşının təyyarənin göyərtəsində ictimai asayişi pozmasıdır. Təyyarə yerə endikdən sonra aviasiyada təhlükəsizlik xidmətinin əməkdaşları onu polis məntəqəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır. 

Читайте также:  Norveç 2040-cı ildə tamamilə elektrik təyyarələrdən istifadə edəcək