Categories:

Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Nəqliyyat və Mobillik üzrə Baş direktoru Henrik Haloleynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq Şərq Tərəfdaşlığı üzrə Brüssel sammitinin ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verdiyi qeyd olunub, həmçinin uzlaşdırma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlığın Avropa İttifaqının Azərbaycan ilə əməkdaşlığında mühüm rola malik olduğu diqqətə çatdırılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regional nəqliyyat qovşağına və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, region ölkələri ilə nəqliyyat sistemlərinin uzlaşdırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.

Şərq-Qərb nəqliyyat dəhlizinin vacib infrastruktur komponenti olan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin səmərəlilik, vaxt və sürət baxımdan üstünlükləri və Avropa İttifaqının bu layihəyə dəstəyi qeyd olunub. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin birləşdirilməsinə töhfə verəcək bu layihənin iqtisadi-ticarət və insanlararası əlaqələrin inkişafına, regional inkişaf və çiçəklənməyə xidmət edəcəyi vurğulanıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin Hind okeanı ilə Şimali Avropa ölkələrinin nəqliyyat sistemlərinin birləşdirilməsi baxımdan əhəmiyyətinə toxunulub.

Azərbaycanın Trans-Avropa Nəqliyyat Şəbəkəsinə qoşulması və Avropa İttifaqı ilə tərəfdaşlığa dair yeni saziş layihəsində nəqliyyat məsələlərinə xüsusi yer ayrılmasının nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar vəd etdiyi qeyd olunub.

Görüşdə dəmiryol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, yollarda təhlükəsizliyin təmin olunması, Avropa Qafqaz Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) layihəsinin daha da inkişaf etdirilməsi istiqamətində atıla bilinəcək addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin aviasiya sahəsində əməkdaşlığa dair saziş üzrə Avropa İttifaqı və Azərbaycan arasında aparılan danışıqlar nəzərdən keçirilib.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 il ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 il ago