Bakı. 3 dekabr. REPORT.AZ/ Başqırdıstan Respublikasının Baş naziri Rüstəm Həbiboviç Mardanov istefa verib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Baş nazir səlahiyyətlərini icra edən Radi Xabirov hökumətin regional əməliyyat müşavirəsində bildirib.
“Rüstəm Həbiboviç başqa işə keçib. Mən onu dilə tutdum, ancaq onun Rusiya Mərkəzi Bankı sistemində işləməsi də respublikamız üçün vacibdir”, – R.Xabirov vurğulayıb.
O, bir müddət əvvəl Baş nazir müavinlərinin hamısının istefasını qəbul edib.
Rüstəm Mardanov 1964-cü ildə Başqırdıstanda anadan olub. Ufa Dövlət Aviasiya İstitutunu bitirib. İxtisasca iqtitisadçıdır. 2015-ci ildə Başqırdıstan Baş nazirinin müavini, 2015-2018-ci illərdə isə Baş nazir vəzifəsində işləyib.
Sorry, this entry is only available in Rus.
Sorry, this entry is only available in Rus.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…