26.12.2018 0

Bakı. 10 aprel. REPORT.AZ/ İyunun 11-13-də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi – “TransCaspian/Translogistica 2018” keçiriləcək.

“Report”a daxil olan məlumata görə, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. 

Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.

Читайте также:  Nabranda itkin düşmüş 3 yaşlı uşaq tapılıb - YENİLƏNİB