26.12.2018 0

Bakı. 13 fevral. REPORT.AZ/ “Azərbyacan bir sıra tədbirlərə ev sahibliyi etməkdədir. Burada Azərbaycan Milli Aviasiyasının da rolu böyükdür”. 

“Report”un məlumatına görə, bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Mərkəzində keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda konfransdakı çıxışında deyib. 

E.Hacıyev bildirib ki, uçuş təhlükəsizliyi və xidmət səviyyəsinin artırılması, təkmilləşdirilməsi üçün işlər aparılır: “Ölkəmizdə 7 hava limanı fəaliyyət göstərir, onlardan 6-sı beynəlxalq statusludur. Hər il sərnişin sayının 20-25 faiz artımı böyük axından xəbər verir. 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 4 milyondan artıq sərnişinə xidmət göstərib. Bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. Bu ilin yanvarında artım 19 faiz təşkil edib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanıının potensialı 9 milyon nəfər təşkil edir. Mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik. Yəni, yaxın gələcəkdə artım olacağı təqdirdə, əlavə sərmayə qoymağa ehtiyac yoxdur. Hazırda əsas məqsədimiz tranzit sərinişin daşıma sistemi yaratmaqdır. I Terminal MDB məkanında ən yaxşı terminal elan olunub. 2017-ci ilin sentyabrından fəaliyyətə başlayan “Buta Airvays” regionda ilkdir. 2018-ci il yubileylər ilidir. Cumhuriyyətimizin 100 iliyi ilə yanaşı, Azərbaycan aviatorları 80 illiyini qeyd edəcəklər. Hər birimiz üçün xeyirli olsun”.

Читайте также:  Bakı metrosunda tələbə ölüb