26.12.2018 0

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox – 620,3 min ton avtomobil benzini, illik müqayisədə 18,9% çox – 712,4 min ton dizel yanacağı istehlak edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, son 1 ildə neft-kimya sənayesi üçün istifadə olunan benzinin istehlakı 14,8% artaraq 116,4 min ton, aviasiya üçün və sair ağ neftin istehlakı 4,7% artaraq 165,3 min ton, neft bitumunun istehlakı 58,4% artaraq 119,9 min ton, maye qazın istehlakı 42% artaraq 100,2 min ton, sürtkü yağlarının istehlakı isə 98,5% və yaxud təxminən 2 dəfə artaraq 43,3 min ton təşkil edib.