26.12.2018 0

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzalar müəyyənləşib.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Əlavə edilən 270-1 (Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddəsinə əsasən, uçuş vaxtı hava gəmisində olan şəxsə zor tətbiq etmə, belə zorun tətbiqi hava gəmisinin təhlükəsizliyinə təhdid yaradıldıqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 aya müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Uçuş vaxtı hava gəmisinə bilə-bilə yalan məlumat ötürmə, yaxud hava gəmisinin aeronaviqasiya avadanlığını qəsdən qanunsuz olaraq məhv etmə, zədələmə və ya fəaliyyətinə müdaxilə etmə, uşuş vaxtı hava gəmisinin təhlükəsizliyinə təhdid yaradıldıqda cinayət nəticəsində vurulan ziyanın 1 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Читайте также:  Rusiyada seçkiqabağı vəziyyət - 22 gündə iki təyyarə, bir helikopter qəzası, 118 itki - ŞƏRH

Hava limanının avadanlığı və qurğularını, yaxud hava limanında yerləşən və istismarda olmayan hava gəmilərini qəsdən qanunsuz olaraq məhvetmə və ya onlara əhəmiyyəti zərərvurma, habelə hava limanı xidmətlərinin işini qəsdən qanunsuz olaraq pozma, hava limanının təhlükəsizliyinə təhdid yaranmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstismarda olan hava gəmisini qəsdən məhvetmə, habelə hava gəmisinə qəsdən onun sıradan çıxmasına səbəb olan və ya uçuş təhlükəsizliyinə təhdid yaradan zərəryetirməyə görə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Читайте также:  Azərbaycan-Aİ sazişi üzrə danışıqların növbəti mərhələsində müzakirə olunacaq məsələlər açıqlanıb

İstismarda olan hava gəmisinin məhv edilməsinə və ya onun uçuş təhlükəsizliyinə təhdid yaradacaq dərəcədə zədələnməsinə səbəb ola bilən qurğu və ya maddəni hava gəmisində qəsdən qanunsuz olaraq yerləşdirmə, yaxud belə qurğu və ya maddənin istismarda olan hava gəmisində yerləşdirilməsinə qəsdən qanunsuz olaraq şərait yaratmaya görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Layihə yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.