26.12.2018 0

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli SANA dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, aviasiya şəhərin Əs-Suk rayonuna zərbə endirib. Ölənlər arasında 9 uşaq və 8 qadın var.

Noyabrın 23-də sözügedən şəhərə analoji hava zərbələri zamanı 11 suriyalı həyatını itirib.

Читайте также:  ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib