Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.
“Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib”, – deyə o bildirib.
Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.
Sorry, this entry is only available in Rus.
Sorry, this entry is only available in Rus.
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…