Bakı. 26 iyul. REPORT.AZ/ Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə davam edən axtarışlar zamanı bu il iyulun 21-də axtarışların aparıldığı ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.
Nazirlikdən “Report”a bildirilib ki, hazırda Q.İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.
Yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin «Mi-17» helikopteri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti və helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, İbrahimov Qurban İbrahim oğlu çobanlıqla məşğul olub.
Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…
Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов? Частная авиация вам поможет!…
Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)
28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…
Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…
Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…