26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 31 yanvar. REPORT.AZ/ «Be-200» təyyarəsi heç nə aşkar etmədən Yapon dənizində itkin düşmüş «Vostok» gəmisinin axtarış yerindən geri dönüb, sabah növbəti uçuş olacaq.

«Report» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Primorski vilayəti üzrə Baş İdarəsinin nümayəndəsi bildirib.

Ümumilikdə axtarışın başlanmasından bu yana aviasiya 34,391 min kvadrat kilometr, gəmilər isə 9,7 min kvadrat kilometr sahəni «ələkdən keçirib».

Xatırladaq ki, bu il yanvarın 25-də səhər saatlarında «Vostok» balıqçı gəmisi ilə əlaqə kəsilib, gəmidə qəza siqnalı işə düşüb. Gəmi ilə 21 nəfər olub. Onlar arasında iki azərbaycanlı — 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadə də var.

Читайте также:  DİM inzibati rəhbər vəzifələr üzrə müsahibə elan edib