26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatı keçirilib.

«Report» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Beytüşşəbal rayonu ərazisində keçirilən əməliyyat zamanı PKK terror qruplaşmasının 5 silahlısı zərərsizləşdirilib. Əməliyyat hərbi aviasiyanın dəstəyi ilə keçirilib.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün bir sıra terror aktları keçirib. ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil ediblər. 

Читайте также:  OMV rəhbəri: "2019-cu ildə neftin qiymətini 70-80 dollar/barel səviyyəsində proqnozlaşdırırıq"