26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 24 avqust. REPORT.AZ/ «Rusiya Ankaranın istəyi olacağı təqdirdə Türkiyə ilə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırdır».

«Report» RT-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (HTƏFX) rəisi Dmitri Şuqaev bildirib.

«Türkiyə tərəfdən sistemlərimizə, aviasiya komplekslərimizə istək olacağı təqdirdə bunu nəzərdən keçirməyə hazırıq. «S-400″lərlə bağlı məsələyə müsbət cavab verib müqavilə imzaladığımız kimi, Türkiyə ilə digər texnikalar üzrə hərtərəfli hərbi-texniki əməkdaşlığa hazırıq», — D.Şuqaev deyib.

Onun sözlərinə görə, hələlik Türkiyə Rusiyadan qırıcılar almaqla bağlı rəsmi Moskvaya müraciət etməyib. 

Читайте также:  Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim-məşq uçuşları keçirilib