26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi bu gün Birləşmiş Ştatlar aviasiyasının Əfqanıstanın Lövgər vilayətində 10-dan çox əfqan polisini öldürməsi barədə məlumatları araşdırır.

«Report» TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı qüvvələrinin nümayəndəsi, polkovnik Martin O’Donnell məlumat verib.

«Hazırda yalnız onu təsdiq edə bilərəm ki, ABŞ-ın Əfqanıstandakı qüvvələri bu gün səhər saatlarında, həqiqətən, Əfqanıstan ordusunun keçirdiyi əməliyyatlara dəstək olmaq və Əfqanıstan qoşunlarının müdafiəsi üçün Lövgər vilayətinin Əzra mahalında aviazərbələr endirib», — M.O’Donnell bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin adıçəkilən mahalda hökumət ordusunun nəzarət-buraxılış məntəqəsinə endirdiyi aviazərbələrdən sonra 15 polisin öldüyü xəbər verilib.

Əzra mahalının yerli özünüidarəetmə təşkilatının üzvü Abdulla Uvali Uakilin sözlərinə görə, xarici qüvvələr bu gün buraxdıqları səhvi təkrarlamamalıdır: «Belə biganəlik göstərməyə davam etsələr, bu daha ciddi problem yaradacaq».

Читайте также:  Güclü yağış Zaqatalada bir sıra fəsadlar törədib - FOTO