Nazirlik: «Dövlət Mülki Aviasiya Agentliyinin direktoru ilə Ermənistanın Mülki Aviasiya Komitəsinin sədri arasında görüş olmayıb”

Bakı. 20 dekabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovla Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan arasında rəsmi və qeyri-rəsmi heç bir görüş olmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib. 

Xatırladaq ki, dekabrın 5-6-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Parisdə (Fransa) yerləşən Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda müşavirə keçirilib. Bu tədbirdə A.Məmmədov da iştirak edib. Erməni mətbuatı Azərbaycan rəsmisinin Ermənistandan olan həmkarı ilə görüşməsi barədə məlumat yayıb. 

«Sadəcə həmin müşavirədəki kofe fasiləsində T.Revazyan Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu deyərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və yaxud qeyri-rəsmi görüş olmayıb», — açıqlamada qeyd olunub. 

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago