Nazir müavini: “ADEX-2018” sərgisində Azərbaycan müdafiə sənayesi kompleksinin qüdrəti nümayiş etdiriləcək”

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 3-cü “ADEX-2018” — Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayacaq.

«Report»un məlumatına görə, sərgi ilə bağlı keçirilən mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir.

O vurğulayıb ki, sərgi müasir silah, texnika və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün əla imkan yaradır.

Qeyd edək ki, builki “ADEX” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində iştirak edəcəklər.

“ADEX 2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kiber-təhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumattoplama (C4ISR) sistemləri, hərbi dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizəsi üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorlar təqdim olunacaq. Bu il sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunacaq və bu sektorda “MİQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Vertolyotları” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edəcəklər.

Xatırladaq ki, sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Sərgi sentyabrın 27-dək davam edəcək. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago