26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 2 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava hücumundan müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

Bu barədə «Report»a Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. 

Təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. 

Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib. 

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  Azərbaycan Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayını 3 dəfə artırıb