26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 20 aprel. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Baş Qərargahları pilotsuz aviasiyadan istifadə edilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

«Report» «RİA Novosti»yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ölkənin müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Qərargah Rəisləri Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıqda pilotsuz aviasiyaya qarşı birgə mübarizə də yer almalıdır.

Qeyd edək ki, MDB ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən iclasında Rusiya ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Özbəkistan nümayəndələri də iştirak ediblər.

Читайте также:  Bakıda sərnişin avtobusu ilə minik avtomobili toqquşub - FOTO - VİDEO - YENİLƏNİB-2