MDB Biznes Mərkəzinin baş direktoru: «Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı fəal iş gedir»

Bakı. 18 dekabr. REPORT.AZ/ «Azərbaycan dünya bazarlarında müstəqil şəkildə davranan azsaylı respublikalardan biridir».

Bunu «Report»un Ruisya bürosuna MDB İqtisadi İnkişaf Biznes Mərkəzinin baş direktoru Vladimir Savçenko deyib.

Onun sözlərinə görə, Azərbaycan fəal şəkildə texnologiyalarını, aqrar sektorunu, turizmi və digər sahələri inkişaf etdirir.

«Məsələn, Azərbaycan aviasiya sektorunda ən yüksək texnologiyalarla təmin olunmuş təlim məktəbi yaradıb. Onların bazasında həm rusiyalı pilotlar, həm belaruslu pilotlar, həm də başqa xalqlardan olan pilotlar təhsil alırlar. Azərbaycan turizm sektoruna xidmət göstərmək üçün Rusiyadan helikopterlər alır», — V.Savçenko bildirib.

Rəhbərlik etdiyi MDB Biznes Mərkəzinin fəaliyyətindən danışan V.Savçenko qeyd edib ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı fəal iş gedir.

«Bunun üçün «hablar» və belə desək, «sertifikatlaşdırılmış anbarlar» tikilir. Azərbaycan ərazisində yoxlanılan mallarının istehlakçıya çatdırılana qədər bir də yoxlanmaması üzrə sahibkarlarla proqram təşkil edirik. Bununla məhsulların müdafiəsi və keyfiyyəti təmin olunacaq», — o deyib.

V.Savçenko həmçinin Azərbaycanın tranzit yükdaşımalarında artan rolunu vurğulayıb.

«Ölkə 2015-2020-ci illər üçün planlaşdırılan MDB dəmir yolu tikintisi və daşımalar proqramlarında — «İpək Yolu» və «Şimal-Cənub» layihələrində fəal iştirak edir. Azərbaycan ərazisindən keçən «Şimal-Cənub» nəqliyyat dəhlizində ölkə ən səmərəli şəkildə iştirak edir», — V.Savçenko bildirib.

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago