Kiyevdə Poroşenko və SOCAR prezidenti arasında görüş keçirilib

Bakı. 26 may. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenko ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev arasında Kiyevdə keçirilən görüşdə yüksək keyfiyyətli aviasiya yanacağının idxalı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivi və bu növ yanacağın Ukraynada mümkün istehsalı müzakirə olunub.

«Report» «İnterfax»a istinadən xəbər verir ki, SOCAR prezidenti Milli İnvestisiya Şurasının iclasında iştiraka şərait yaratdığına görə Ukrayna prezidentinə minnətdarlığını bildirərək, qeyd edib ki, SOCAR Ukraynada özünü çox rahat hiss edir və durmadan inkişaf edir.

Tərəflər şirkətin Türkiyə layihələrini müzakirə edib və Ukraynanın bu layihələrdə iştirakını, habelə Ukraynanın neft emalı kompleksinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

«Gələn il Türkiyədəki bütün strateji proyektlər başa çatdıqdan sonra Ukrayna ilə əməkdaşlıq prioritet məsələlərdən biri olacaq», — deyə SOCAR prezidenti bildirib.

Onun sözlərinə görə, Ukraynadakı 10 illik fəaliyyət dövründə biznes üçün yaxşı şərait yaranıb. Poroşenko isə Ukrayna ilə Azərbaycan arasında mövcud strateji əməkdaşlığın olduğunu qeyd edib.

«Hesab edirəm ki, biz inkişaf imkanlarından tam yararlanmalı, energetika sahəsində inkişaf və əməkdaşlığın dərinləşdirilməsi imkanlarından istifadə etməliyik», — deyə o, Ukraynada enerji təchizatının şaxələndirilməsi üçün bu potensialdan istifadə olunmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Ukraynanın Borispol, Lvov, Xarkov, Odessa, Dnepr və digər şəhərlərin hava limanlarında sərnişin axınının kəskin artması ilə əlaqədar aviasiya yanacağının daşınması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, habelə bu növ yanacağın Ukrayna ərazisində istehsalı imkanlarını müzakirə ediblər. 

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago