Dmitriy Kiva: «Azərbaycan yüksək texnologiyalı sahələrin inkişafına doğru keçidin zəruriliyini dərk edir»

Bakı.
20 oktyabr. REPORT.AZ/ «Azərbaycan rəhbərliyi ölkənin gələcəyi, o cümlədən millətin
intellektual inkişafı haqqında düşünür».

«Report»
xəbər verir ki, bunu «Silk Way» aviaşirkətinin
prezidentinin müşaviri Dmitriy Kiva Ukraynanın «Zn.ua» nəşrinə müsahibəsində bildirib.

«Mənə
Azərbaycanda işləmək çox rahatdır, bura ailəm üçün də yaxşıdır. Mən bu ölkəyə və məni
səmimiyyətlə qəbul etmiş insanlara həmişə minnətdar olacağam. Azərbaycan rəhbərliyi
ölkənin gələcəyi, o cümlədən də millətin intellektual inkişafı haqqında
düşünür. Azərbaycanda yüksək texnologiyalı sahələrin və istehsalın inkişafına
doğru keçidin zəruriliyi dərk edilir, çünki neft və qaz ehtiyatları əbədi
deyil. Bu hiss olunur», — o deyib.

D.Kiva vurğulayıb ki, Azərbaycan aviasiya sahəsini ciddi şəkildə inkişaf etdirmək niyyətindədir: «Azərbaycan bir qədər əvvəl çox ambisiyalı
layihələrə qoşulub, hansılar ki idealda milli aviasiya sənayəsinin əsaslarını
qoyaraq onun inkişafı üçün meydança olmalıdır. Bunlardan biri, sözsüz ki, 10 ədəd
«An-178» təyyarələrinin tikintisinə dair Ukrayna ilə müqaviləyə baxılmasıdır. Azərbaycan «An-178» layihəsindən başqa, «An» seriyasına aid
digər nəqliyyat vasitələri, ilk növbədə, «Аn-124
Ruslan», həmçinin digər markalı təyyarələr üzrə məsləhət xidmətlərində
maraqlıdır.

 

 

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago