26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 12 oktyabr. REPORT.AZ/ MDB ölkələrinin hərbi qurumlarının rəhbərləri Özbəkistan paytaxtı Daşkənddə keçirilən Müdafiə Nazirləri Şurasının (MNŞ) iclasında beynəlxalq terrorizmə qarşı mübarizə tədbirlərini razılaşdırıb və hərbi təyinatlı birgə sistemlərin inkişafı istiqamətlərini müəyyənləşdiriblər.

«Report» TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu general Sergey Şoyqu iclasın yekunlarına dair jurnalistlərə bildirib.

«Şuranın qəbul etdiyi qərarlar müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına yardım edəcək. İşimiz çərçivəsində Orta Asiya regionundakı vəziyyət qiymətləndirilib və beynəlxalq terrorizmlə mübarizə üçün zəruri tədbirlər müəyyənləşdirilib», — S.Şoygu vurğulayıb.

Onun sözlərinə görə, Şura üzvləri hərbi aviasiya uçuşları sahəsində əməkdaşlığın təmin edilməsi, silahlı qüvvələrin topogeodezik, meteoroloji və informasiya təminatı sahəsində qərarlar imzalayıblar.

Читайте также:  Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

«Şuranın iclası əməkdaşlığımızın davamlı inkişaf perspektivlərinə malik olduğunu təsdiqlədi. Gələn il üçün 50-dən çox müxtəlif planlı birgə tədbirlər keçirilməsi nəzərdə tutulur», — o diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək