26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın məşhur təyyarə istehsalçısı — “Boeing» korporasiyası Çində yeni zavod açmağa hazırlaşır. 

“Report” xəbər verir ki, zavod “Air China” aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində istifadəyə veriləcək. 

Müəssisədə «Boeing-737» markalı təyyarələr istehsal olunacaq və yaxud təkmilləşdiriləcək. Bununla «Boeing» Çin bazarında əsas rəqibi olan «Airbus» şirkəti qarşısında mövqeyini gücləndirmək istəyir.  

Zavod Çinin Çhouşan (Zhoushan) əyalətində yerləşir ki, bura da ölkənin əsas şəhərlərindən biri olan Şanxaydan, təxminən, 290 km məsafə deməkdir. 

Bununla belə, hələlik müəssisənin açılışı təxirə salınıb. Buna səbəb ABŞ-Çin ticarət müharibəsidir. 

Xatırladaq ki, ötən il “Boeing” Çinin dövlət şirkəti olan — «Çin Kommersiya Aviasiya Korporasiyası»nın (Commercial Aircraft Corp of China – COMAC) səhmlərinin həmiyyətli hissəsini əldə etmək üçün 33 mln. ABŞ dolları xərcləyib. Hazırda Korporasiya Çində interyer dizaynı və uniformaların hazırlanması ilə məşğul olan mərkəz inşa edir. 

Читайте также:  Mingəçevir su anbarında 9 gün əvvəl batan şəxsin meyiti tapılıb

Qeyd edək ki, mərkəzi Çikaqoda yerləşən “Boeing” özünü ABŞ-ın ən yaxşı ixracatçılarından biri hesab edir və ötən il Çinin aldığı hər 4 təyyarədən 1-i onun istehsalı olub. Proqnozlara görə, «Boeing» yaxın 20 il ərzində 1,2 trln. dollar dəyərində 7 770 sifariş alacaq.