26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində yüksək səviyyəli ilk dialoq gələn ilin fevral ayında Bakıda keçiriləcək.

«Report» xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas jurnalistlərə məlumat verib.

Səfirin sözlərinə görə, görüşdə iştirak etmək üçün Bakıya Avropa İttifaqının nümayəndə heyəti gələcək. Heyətə Avropa Komissiyasının Nəqliyyat departamentinin baş direktoru Henrik Hololey rəhbərlik edəcək.

Fevraldakı iclasa qədər, çox güman ki, nəqliyyat üzrə işgüzar səviyyədə görüş keçiriləcək, eləcə də Azərbaycan-Aİ aviasiya sazişi ilə bağlı danışıqlar aparılacaq.