26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçirilən parad çərçivəsində Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı şəhəri üzərində uçuşlar keçirib. Hərbi təyyarə və helikopterlər mürəkkəb aviaşoular yerinə yetirib.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşlar keçirib. Nümunəvi uçuşlarda “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələri iştirak edib.

“Report” paraddan və “Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarələrin nümunə uçuşlarından hazırladığı fotoreportajı təqdim edir.

Xatırladaq ki, Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycana gəlib.

Читайте также:  “Silk Way Holding” yeni şirkət yaradıb

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək