26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 30 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazir Şahin Mustafayev Azərbaycan və Türkmənistanın dost ölkələr olduğunu, xalqlarımızı ortaq tarixin, dil, din və ənənələrin birləşdirdiyini, dövlət başçılarının siyasi iradəsi nəticəsində əlaqələrimizin inkşaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində önəmini, 2017-ci ildə iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi və aparılmış müzakirələr Azərbaycan-Türkmənistan əməkdaşlığının inkişafına mühüm töhfəsini verəcəkdir.

Читайте также:  Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Prezident İlham Əliyevi təbrik edib

İqtisadiyyat naziri qeyd edib ki, hazırda Azərbaycan-Türkmənistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu infrastrukturdan və potensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev bu sahədə əməkdaşlığın inkişafına, məlumat mübadiləsinə, nəqliyyat və logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb, Azərbaycan-Türkmənistan marşrutunun təhlükəsiz və əlverişli olduğunu, bu marşrutdan digər ölkələrin də istifadə edə biləcəyini vurğulayıb.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, bu günkü görüşün də əlaqələrin genişlənməsi, xüsusilə nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.

Читайте также:  Kaliforniyada təyyarə avtomobil yoluna məcburi eniş edib - FOTO

Görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov, Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.

Görüş nəqliyyat sektorunun müxtəlif sahələri üzrə ikitərəfli müzakirələrlə davam edib.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək