Avstriya Kansleri: “Rusiyaya casusluq etmiş keçmiş hərbçinin günahı sübut olunacaq”

Bakı. 14 noyabr. REPORT.AZ/ «Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Avstriya ordusunun zabitinin günahı istintaq nəticəsində sübut olunacaq».

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avstriya Kansleri Kurt Sebastyan bildirib.

“Məndə olan məlumata görə, bu işlə bağlı hökm oxunacaq. Rusiya ilə danışıqlar tərəfdarı olsaq da, ölkəmizin ərazisində casusluğu qəbul edə bilmərik”, — o vurğulayıb.

Qeyd edək ki, Avstriya Silahlı Qüvvələrinin 70 yaşlı keçmiş polkovniki ölkə ərazisində Rusiyanın xeyrinə casusluq edərkən tutulub. Bildirilib ki, o, 20 ildir Rusiyanın xeyrinə casusluq edirmiş. 1990-cı illərin sonunda keçmiş hərbçi Rusiyanın hərbi kəşfiyyatına Avstriyanın hərbi aviasiya, miqrasiya böhranı və artilleriya sistemlər barədə informasiyaya ötürürmüş. O, bu xidməti qarşısında Rusiyadan 300 min avro “qonorar” alıb. Əgər günahları təsdiqlənərsə, keçmiş hərbçi 2 il azadlıqdan məhrum ediləcək. 

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago