26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 6 iyun. REPORT.AZ/ Avropanın üç dövləti — Almaniya, Britaniya və Fransa ABŞ-a məktub ünvanlayıb. 

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məktubda İranda fəaliyyət göstərən Avropa İttifaqı ölkələrinə məxsus şirkətlərə ABŞ-ın bu ölkəyə tətbiq edəcəyi sanksiyalardan qorunmaq üçün güzəşt istənilib. 

Güzəştin xüsusilə farmakologiya, səhiyyə, energetika, avtomobil, mülki aviasiya, infrastruktur və maliyyə sektorlarına şamil edilməsi tələb olunub.

Qeyd edək ki, ABŞ 2015-ci il iyulun 15-də İranın nüvə proqarmı ilə bağlı imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan edib. Avropa İttifaqına daxil olan ölkələr və Britaniya isə plan qəbul edildikdən sonra İranla ticarət əlaqələrini genişləndirməyə başlayıb. 

Читайте также:  Azərbaycanda 10 peşə təhsil mərkəzi yaradılıb - SİYAHI