26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 27 dekabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) azərbaycanlı alpinistlərin itkin düşməsi barədə məlumat yayıb.

«Report»un xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 26-da nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış «Gilavar» — hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin helikopterlərdən ibarət aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Şəkli yükləmək

Şəklə tam ölçüdə baxmaq
Arxiv şəklində yükləmək

Читайте также:  MDB ölkələri hərbi təyinatlı peyk rabitəsi haqqında saziş imzalayıb