26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 5 may. REPORT.AZ/ Fransanın mülki aviasiya nəhəngi — «Air France-KLM” şirkətinin baş direktoru Jan-Mark Janayyak istefa verib.

“Report” xəbər verir ki, bu barədə yerli “Le Figaro” qəzeti məlumat yayıb.

Məlumata görə, istefaya səbəb aviaşirkətin işçilərinin onların əmək haqlarının artırılması barədə hazırlanmış təklifi qəbul etməməsidir.

Xatırladaq ki, bu ilin fevral-mart aylarında “Air France-KLM”in əməkdaşları tətil keçirərək maaşlarının artırılmasını tələb ediblər. Onlar buna əsas kimi ölkədə qiymətlərin artmasını göstəriblər. Tətil nəticəsində aviaşirkət 296 mln. avro məbləğində ziyana düşüb.

Bundan sonra rəhbərlik işçilərlə danışıqlara başlayıb və onlara bu il əmək haqqının 2%, növbəti 3 il ərzində isə 5% artırılması təklif olunub. Amma işçi heyətinin 55,4%-i təklifin əleyhinə çıxıb. 

Читайте также:  [:ru]Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку[:]