26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 28 sentyabr. REPORT.AZ/ «Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq».

Bunu «Report»a açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycan tərəfinə təqdim edilib: «Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik».

K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: «Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı, əlaqələrimizi genişləndirəcək». 

Читайте также:  Azərbaycanda aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə görə cəzalar müəyyənləşib