26.12.2018 Azərbaycanda aviasiya 0

Bakı. 18 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb.

“Report” RİA «Novosti»yə istinadən xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib.

Zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur.

«Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir», – deyə mənbə əlavə edib.

Hadisə nəticəsində ölən və yaralananlar var.

Bundan əvvəl İŞİD Suriyada Avropa ölkələrinin vətəndaşları da daxil olmaqla, 700 nəfəri girov götürüb.

Читайте также:  Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb