ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib

Bakı. 23 may. REPORT.AZ/ İlk dəfə 2014-cü ildə ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən Azərbaycanda uçuşların təhlükəsizliyinin təmin olunması sahəsində apardığı qiymətləndirmə nəticəsində Azərbaycana “1-ci Kateqoriya” səviyyəsi verilib. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təqdim olunan bu səviyyəyə əsasən, Azərbaycan aviaşirkətləri ABŞ-a birbaşa müntəzəm uçuşlar həyata keçirmək hüququna malik idi.

Buna baxmayaraq, 2015-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO) tərəfindən keçirilmiş geniş audit zamanı Beynəlxalq Standartlara uyğunluq faizinin aşağı düşməsi (58%-dən 43%-ə) FAA tərəfindən Azərbaycana verilmiş Aviasiya Təhlükəsizliyi üzrə “1-ci Kateqoriya”nın “2-ci Kateqoriya”ya endirilməsi və ABŞ-a uçuşlara məhdudiyyət qoyulması təhlükəsi yaratmışdı. Təhlükəsizlik Kateqoriyası aşağı salınan dövlətlərin təcrübəsi göstərir ki, yenidən “1-ci Kateqoriya”ya qayıtmaq prosesi çox çətin keçir və uzun illər tələb edir.

Bu baxımdan, son iki il ərzində mülki aviasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində geniş tədbirlər görülüb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” yaradılıb, “Aviasiya Haqqında” Qanuna zəruri əlavələr edilib.

Eyni zamanda Mülki Aviasiya sahəsi üzrə Dövlət Proqramlarının icrası istiqamətində geniş iş aparılıb.

Bütün bu tədbirlər, Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təşkil edilmiş iş və qəbul edilmiş qaydalar nəticəsində 2017-2018-ci illərdə keçirilən beynəlxalq auditlər, o cümlədən ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən keçirilən qiymətləndirmə müsbət nəticələnib.

Beləliklə, FAA tərəfindən Azərbaycanda “Mülki aviasiya haqqında” Çikaqo Konvensiyasının standartlarına uyğunluq qiymətləndirildikdən sonra Azərbaycan üçün uçuşların təhlükəsizliyinə nəzarət üzrə “1-ci Kateqoriya” qüvvədə saxlanılıb.

Bu, Azərbaycan Respublikası rəhbərliyinin uçuşların təhlükəsizliyinin təmin olunmasına və mülki aviasiya sahəsinin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir.

admin

Share
Published by
admin

Recent Posts

Срочный перелёт Женева — Баку и обратно!

Нужно срочно вылететь в Азербайджан (Баку)? Или вы хотите отправиться в Швейцарию (Женева)? Нет рейсовых…

2 года ago

Срочный перелёт Женева — Баку!

Нужно срочно вылететь в Россию из Швейцарии (Женева)? Нет рейсовых самолётов?  Частная авиация вам поможет!…

2 года ago

Срочный перелёт Баку — Женева!

Нужно срочно вылететь в Швейцарию? Нет рейсовых самолётов? Частная авиация вам поможет! (далее…)

2 года ago

Польша ищет перевозчиков для обслуживания маршрута Варшава-Баку

28 января 2020 года в Бюллетене Управления гражданской авиации (ULC) Республики Польша опубликовано приглашение подать…

2 года ago

ABŞ-da 112 sərnişinin olduğu təyyarə uçuş-enmə zolağından kənara çıxıb

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının,…

3 года ago

Rusiyada Heydər Əliyevin xatirəsi anılıb

Moskva. 11 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əlievin vəfatının 15-ci…

3 года ago